Al-A'raf surəsi, ayə 101

7:101

تِلۡكَ ٱلۡقُرَىٰ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآئِهَاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَمَا كَانُواْ لِيُؤۡمِنُواْ بِمَا كَذَّبُواْ مِن قَبۡلُۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلۡكَٰفِرِينَ ١٠١

Tilkal-qurā naqussu 'alayka min ambā'ihā walaqad jā'athum rusuluhum bil-bayyināti famā kānū liyu'minū bimā kaddhabū min qablu kadhālika yatba'ullāhu 'alā qulūbil-kāfirīn

Bu, o məmləkəkdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədilər. Allah kafirlərin qəlblərini belə möhürləyir.

Təfsir

Ey Peyğəmbər! Misal çəkdiyimiz diyar, Nuh, Hud, Saleh, Lut və Şueyb qövmünün diyarıdır ki, Biz on­ların xəbərlərindən - elçiləri yalan hesab edib, onlara qarşı inadkarlıq etmələrindən və bu üzdən onları həlaka düçar etdiyimizin bəzisini sənə söy­ləyirik ki, qoy başqaları üçün bir ibrət və öyüd-nəsihət olsun. Artıq o diyarın əhlinə elçiləri onlara özlərinin həqiqətən də Allah tərəfindən göndərilən elçilər olduğuna dəlalət edən açıq-aydın dəlillər gə­tir­dilər. Amma elçilər onlara gəldikdə isə iman gə­tir­mədilər. Halbuki Allah onların iman gətirməyəcəyini əzəldən bilirdi. Allah elçiləri yalan hesab edən o diyar əhlinin qəlblərini möhürlədiyi kimi, Muhəmmədə - sallallahu aleyhi və səlləm - iman gətirməyənlərin də gəlblərini eləcə möhürləyər və onlar əsla imana yönələ bilməzlər.