أَوَلَمۡ يَهۡدِ لِلَّذِينَ يَرِثُونَ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ أَهۡلِهَآ أَن لَّوۡ نَشَآءُ أَصَبۡنَٰهُم بِذُنُوبِهِمۡۚ وَنَطۡبَعُ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ ١٠٠
Awalam yahdi lilladhīna yarithūnal-arda mim ba'di ahlihā al law nashā'u asabnāhum bidhunūbihim wanatba'u 'alā qulūbihim fahum lā yasma'ūn
Məgər yer üzünün (keçmiş) sakinlərindən sonra yer üzünə varis olanlara (onların yerinə gələnlərə) bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər?
Təfsir
Məgər keçmiş ümmətlərin günahları səbəbindən həlak olduğundan sonra yer üzünə sakin olanlara, keçmişdəkilərin həlak olma səbəbi bəyan olmadımı və onlara baş verən müsibətdən ibrət almadılarmı? Əksinə, onlar, özlərindən əvvəlkilərin etdikləri əməlləri etdilər. Lakin onlar bilmirdilər ki, əgər Allah istəstəydi, əvvəlkiləri etdiyi kimi, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardı və heç bir öyüd-nəsihət eşitməz və heç bir xatırlatma fayda verməzdi.