Al-Ahzab surəsi, ayə 38

33:38

مَّا كَانَ عَلَى ٱلنَّبِيِّ مِنۡ حَرَجٖ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥۖ سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ قَدَرٗا مَّقۡدُورًا ٣٨

Mmā kāna 'alan-nabiyyi min harajin fīmā faradallāhu lahū sunnatallāhi fil-ladhīna khalaw min qablu wakāna amrullāhi qadaram maqdūrā

Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə (Zeydin zövcəsi ilə evlənməkdə) ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın sünnəsi belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.

Təfsir

Allahın Muhəmməd peyğəmbərə (səllallahu aleyhi və səlləm) halal buyurduğu işdə - oğulluğa götürdüyü Zeydin boşadığı qadını ilə evlənməkdə ona heç bir günah və sıxıntı olmaz. Peyğəmbər bu işdə, öncə gə­lib-getmiş peyğəmbərlərin sünnəsinə tabedir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu işi görən ilk peyğəmbər deyil. Allahın belə bir hökm verməsi - bu evliliyin tamamlaması və bir də oğulluğa götürülmüş kimsənin oğul sayılmasının qadağan edilməsi, peyğəmbərin öz fikri və öz seçimi ilə deyil, məhz Alla­hın əzəldən müəyyən edtiyi bir hökmü ilədir.