Al-Ahzab surəsi, ayə 39

33:39

ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَٰلَٰتِ ٱللَّهِ وَيَخۡشَوۡنَهُۥ وَلَا يَخۡشَوۡنَ أَحَدًا إِلَّا ٱللَّهَۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا ٣٩

Alladhīna yuballighūna risālātillāhi wayakhshawnahū walā yakhshawna ahadan illallāha wakafā billāhi hasībā

Onlar Allahın risalətlərini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurlar. Haqq-hesab çəkməyə Allah yetər.

Təfsir

O peyğəmbərlər özlərinə nazil edilmiş Allahın risalətlərini öz ümmətlərinə təbliğ edir, pak və uca Allahdan başqa heç kəsdən qorxmur və Allahın onlara halal buyurduğu bir işi gördükdə, heç kəsin iradına məhəl qoymurdular. Allah Öz qullarının əməllərini haqq-hesab çək­mə­yə və etdikləri əməllərini əvəzini, yaxşı əməlin mükafatını, pis əməlin də cəzasını verməyə yetər.