يَحۡسَبُونَ ٱلۡأَحۡزَابَ لَمۡ يَذۡهَبُواْۖ وَإِن يَأۡتِ ٱلۡأَحۡزَابُ يَوَدُّواْ لَوۡ أَنَّهُم بَادُونَ فِي ٱلۡأَعۡرَابِ يَسۡـَٔلُونَ عَنۡ أَنۢبَآئِكُمۡۖ وَلَوۡ كَانُواْ فِيكُم مَّا قَٰتَلُوٓاْ إِلَّا قَلِيلٗا ٢٠
Yahsabūnal-ahzāba lam yadhhabū wa in ya'til-ahzābu yawaddū law annahum bādūna fil-a'rābi yas'alūna 'an ambā'ikum walaw kānū fīkum mā qātalū illā qalīlā
(Münafiqlər) müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Əgər aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər.
Təfsir
O qorxaqlar müttəfiqlərin Rəsulullaha (səllallahu aleyhi və səlləm) və möminlərə qarşı vuruşacaqlarını və möminlərin kökünü kəsməyincə əsla çıxıb geməyəcəklərini zənn edirlər. Əgər müttəfiqlər bir daha hücum etmiş olsaydılar, o münafiqlər Mədinədən çıxıb bədəvilər arasında köçəri həyat sürər və düşmənlə döyüşdən sonra başınıza nələr gəldiyi barədə xəbərləri soruşub öyrənmək istəyərdilər. Ey möminlər! Əgər onlar aranızda olsaydılar, sadəcə bir az döyüşərdilər. Odur ki, onlara məhəl qoymayın və onlara görə heyifsilənməyin.