أَشِحَّةً عَلَيۡكُمۡۖ فَإِذَا جَآءَ ٱلۡخَوۡفُ رَأَيۡتَهُمۡ يَنظُرُونَ إِلَيۡكَ تَدُورُ أَعۡيُنُهُمۡ كَٱلَّذِي يُغۡشَىٰ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَإِذَا ذَهَبَ ٱلۡخَوۡفُ سَلَقُوكُم بِأَلۡسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلۡخَيۡرِۚ أُوْلَٰٓئِكَ لَمۡ يُؤۡمِنُواْ فَأَحۡبَطَ ٱللَّهُ أَعۡمَٰلَهُمۡۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا ١٩
Ashihhatan 'alaykum fa idhā jā'al-khawfu ra'aytahum yanzurūna ilayka tadūru a'yunuhum kalladhī yughshā 'alayhi minal-mawti fa idhā dhahabal-khawfu salaqūkum bi alsinatin hidādin ashihhatan 'alal-khayri ulā'ika lam yu'minū fa ahbatallāhu a'mālahum wakāna dhālika 'alallāhi yasīrā
(Çünki) sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən. Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə sizi sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır.
Təfsir
Ey möminlər! Onlar sizə qarşı xəsislik edib öz mallarından sizə yardım etmirlər. Həmçinin, canları ilə xəsislik edib sizinlə birlikdə vuruşmurlar. Habelə, dostluq baxımından xəsislik edib sizinlə dost olmurlar. Düşmənlə qarşılaşdıqda onlara qorxu gəldiyi zaman, ölüm ayağında bayılan adam kimi, qorxudan dönüb sənə baxdıqlarını görürsən, ey Peyğəmbər. Qorxu keçib getdikdə və arxayın olduqda isə qənimətə tamah salıb onu tələb etmək xüsusunda acı dilləri ilə sənə əziyyət verirlər. Bu vəsfləri özlərində əks etdirən o kəslər haqqı ilə iman gətirməmişlər. Odur ki, Allah onların əməllərininin savabını puç etmişdir. Onların əməllərininin savabını puç etmək Allah üçün asandır.