Al-Ahzab surəsi, ayə 21

33:21

لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا ٢١

Llaqad kāna lakum fī rasūlillāhi uswatun hasanatul liman kāna yarjullāha wal-yawmal-ākhira wadhakarallāha kathīrā

Allahın Rəsulunda sizlər, Allaha və Axirət gününə ümidini bağlayanlar və Allahı çox zikr edənlər üçün gözəl örnək vardır.

Təfsir

Allahın rəsulunun -səllallahu aleyhi və səlləm- dediklərində və etdiklərində sizlərə gözəl nümu­nə­ vardır. Belə ki, o, öz şərafətli canı lə döyüşdə iştirak etmişdir. Bundan sonra siz niyə öz canınızı -Allah yolunda vuruşmaqdan- əsirgəyirsiniz? Allahın rəsulu -səllallahu aleyhi və səlləm- Allaha mükafatına, rəhmətinə və Axirət gününə ümi­dini bağlayanlara, o gün üçün çalışanlara və həmçinin Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir. Allaha və Axirət gününə ümidini bağlamayanlara və Allahı çox zikr etməyənlərə gəlincə, onlar Allah rəsulunu -səllallahu aleyhi və səlləm- özlərinə nümunə etməzlər.