Ad-Duha surəsi, ayə 3

93:3

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ ٣

Mā wadda'aka rabbuka wamā qalā

(Ey Peyğəmbər!) Rəbbin nə səni tərk etdi, nə də (sənə) qəzəbləndi.

Təfsir

Ey Peyğəmbər! Vəhy nazil olmadığı vaxtda müşriklərin iddia etdiyi kimi deyil, Rəbbin səni nə tərk etdi, nə də sənə qəzəbləndi.