فَإِذَا قَضَيۡتُمُ ٱلصَّلَوٰةَ فَٱذۡكُرُواْ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِكُمۡۚ فَإِذَا ٱطۡمَأۡنَنتُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا ١٠٣
Fa idhā qadaytumus-salawāta fadhkurullāha qiyāman waqu'ūdan wa'alā junūbikum fa idhatma'nantum fa aqīmus-salawāta innas-salawāta kānat 'alal-mu'minīna kitābam mawqūtā
Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin. (Düşmənin hücum etməyəcəyindən) arxayın olduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir.
Təfsir
Ey Möminlər! Namaz qılıb qurtardıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda və hər bir halınızda da, Allahın şəninə Sübhanallah, Əlhəmdulləh və Lə iləhə illə Allah deyərək Allahı yad edin. Qorxu sovuşduqda və arxayın olduqda isə, namazı sizə əmr edildiyi qaydada rükunlarını, vaciblərini və müstəhəblərini yerinə yetirərək tam şəkildə qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda fərz edilmişdir. Yerli olduqda namazları üzürsüz olaraq vaxtından gec qılmaq caiz deyildir. Səfərdə olduqda isə namazları cəm edib, qısa qılmaq icazəlidir.