مَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡ كَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ ٧٥
Mmal-masīhubnu maryama illā rasūlun qad khalat min qablihir-rusulu wa ummuhū siddīqatun kānā ya'kulānit-ta'āmanzur kayfa nubayyinu lahumul-āyāti thummanzur annā yu'fakūn
Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə Allaha (sidq) ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyərdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da, gör onlar (haqdan) necə üz çevirirlər.
Təfsir
Məryəm oğlu İsa Məsih - aleyhissalam - göndərilən elçilərdən yalnız bir elçidir, o da özündən əvvəlki, elçilər kimi ölümə məhkumdur. Onun anası Məryəm - aleyhəssalam - isə Allaha sidq ürəkdən çox inanan bir qadın idi. Onların hər ikisi də ehtiyacı üzündən yemək yeyirdi. Yeməyə ehtiyaci olan bu iki kimsə necə ilah ola bilər axı?! Ey Peyğəmbər! Bax gör, Biz Allahın təkliyinə dəlalət edən ayələri və onların Allahdan qeyrisinə ilahlığ nisbət etmələrinin batil olmasını onlara necə bəyan edirik, lakin onlar bununla yanaşı yenə də bu ayələri inkar edirlər. Sonra bir daha bax gör Allahın təkliyinə dəlalət edən açıq-aydın ayələrin olması ilə yanaşı necə də onlar haqqda döndərilirlər.