إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَۖ خَلَقَهُۥ مِن تُرَابٖ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ ٥٩
Inna mathala 'īsā 'indallāhi kamathali ādama khalaqahū min turābin thumma qāla lahū kun fayakūn
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəlinə bənzəyir. Allah Adəmi torpaqdan yaratdı, sonra ona “Ol!”– dedi, o da oldu.
Təfsir
Həqiqətən, Allah yanında İsanın - aleyhissəlam - yaradılışının misalı Adəmin atasız və anasız, torpaqdan yaradılışının misalına bənzəyir. Allah sadəcə olaraq ona "Bəşər ol!"– dedi, o da uca Allahın istədiyi kimi oldu. İndi siz necə ola bilər ki, İsanın atasız dünyaya gəldiyinə əsasən onun ilah olduğunu idda edirsiz?! Halbuki, siz, Adəmin bəşər və atası olmadan, torpaqdan dünyaya gəldiyini təsdiqləyirsiz.