3 dərsdən 2-ci dərs
Necə namaz qılım?
Qurandan
قَدۡ نَرَىٰ تَقَلُّبَ وَجۡهِكَ فِي ٱلسَّمَآءِۖ فَلَنُوَلِّيَنَّكَ قِبۡلَةٗ تَرۡضَىٰهَاۚ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ ﴿١٤٤﴾
Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, səni razı qalacağın qibləyə tərəf yönəldəcəyik. Artıq üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa, olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun özlərinin Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən qafil deyildir.
حَٰفِظُواْ عَلَى ٱلصَّلَوَٰتِ وَٱلصَّلَوٰةِ ٱلۡوُسۡطَىٰ وَقُومُواْ لِلَّهِ قَٰنِتِينَ ﴿٢٣٨﴾
Namazları, (xüsisilə) orta namazı qoruyun və Allah üçün müti olaraq (namaza) durun.
Sünnədən
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın".
İzah
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, qulun Rəbbinə ən yaxın olduğu an, səcdə etdiyi andır və buna səbəb namaz qılanın səcdə əsnasında bədəninin ən uca və ən şərəfli hissəsini izzət və cəlal sahibi olan Allaha itəatkarlıqla, zəlilliklə və təvazökarlıqla yerə qoymasıdır.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) səcdədə duanı artırmağı əmr edir. Nəticədə Allaha zəlilliklə edilən səcdədə, söz və feil birləşir.