3 dərsdən 1-ci dərs
Necə müsəlman olum?
Qurandan
فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَٱللَّهُ يَعۡلَمُ مُتَقَلَّبَكُمۡ وَمَثۡوَىٰكُمۡ ﴿١٩﴾
(Ey Peyğəmbər!) Bil ki, Allahdan başqa (ibadətə layiq olan heç bir) ilah yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə və mömin qadınların bağışlanmasını dilə. Allah (gündüzlər) gəzib-dolaşdığınız yeri də, (gecələr) gecələyəcəyiniz məskəni də bilir.
مُّحَمَّدٞ رَّسُولُ ٱللَّهِۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلۡكُفَّارِ رُحَمَآءُ بَيۡنَهُمۡۖ تَرَىٰهُمۡ رُكَّعٗا سُجَّدٗا يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗاۖ سِيمَاهُمۡ فِي وُجُوهِهِم مِّنۡ أَثَرِ ٱلسُّجُودِۚ ذَٰلِكَ مَثَلُهُمۡ فِي ٱلتَّوۡرَىٰةِۚ وَمَثَلُهُمۡ فِي ٱلۡإِنجِيلِ كَزَرۡعٍ أَخۡرَجَ شَطۡـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسۡتَغۡلَظَ فَٱسۡتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعۡجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلۡكُفَّارَۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِنۡهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمَۢا ﴿٢٩﴾
Muhamməd Allahın rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhmlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə olan vəsfləri isə cücərtisini çıxarıb, onu qüvvətləndirmiş, o da qalınlaşıb, gövdəsi üzərində şax durmuş, əkinçiləri heyran edən bir əkin kimidirlər. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki,) kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib saleh əməllər edənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.
شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿١٨﴾
Allah, mələklər və elm sahibləri də, Ondan başqa (ibadətə layiq olan) məbud olmadığına ədalətlə şahidlik etmişlər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O, Qüdrətlidir, Hikmət sahibidir.
Sünnədən
Malik bin Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə yəhər üzərində arxasına aldığı yol yoldaşı Muaza üç dəfə: “Ey Muaz ibn Cəbəl” - deyə səslənir, Muaz da 3 dəfə: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - deyə cavab verir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə deyir:“Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər". Bu zaman Muaz soruşur: "Ey Allahın Rəsulu, bu şad xəbəri insanlara çatdırımmı, sevinsinlər?". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Onda insanlar arxayınlaşarlar”. Yalnız ölümünə yaxın Muaz - elmi gizlətmək günahından - qurtulmaq üçün bu bilgini xəbər vermişdir.
İzah
Muaz bin Cəbəl (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) arxasında onun miniyinin (heyvanının) üzərində idi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona deyəcəklərinin əhəmiyyətini vurğulamaq üçün üç dəfə: «Ey Muaz?" - deyə səsləndi.
Hər dəfə ona səsləndikdə Muaz: "Buyur, Ey Allahın rəsulu, əmrindəyəm" deyə cavab verir. Yəni - "təkrar-təkrar sənin çağırışına cavab verirəm və bu cavabla səadət diləyirəm" demək istəyir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona xəbər verdi ki, Allahdan başqa ibadətə layiq ilah olmadığına, yəni Allahdan başqa həqiqi məbud olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna sidq-qəlblə, yalan olmadan şəhadət verən hər kəs bu halı üzrə ölərsə Allah ona cəhənnəmi haram edər.
Və Muaz Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşur ki, bu xəbəri insanlara çatdırımmı ki, sevinsinlər və bu onlar üçün müjdə olsun?
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların buna arxayınlaşıb, əməllərini azaltmaqlarından qorxdu.
Muaz yalnız ölümünə yaxın - elmi gizlətmək günahına batmasından qorxaraq - bunu insanlara xəbər verir.
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "İman, yetmiş və bir neçə, və ya altmış və bir neçə şaxədən ibarətdir. Ən üstünü ləə iləhə illallah söyləmək, ən zəifi isə yolda olan maneəni aradan qaldırmaqdır, həya da imanın şaxələrindəndir".
İzah
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, iman şöbələrə bölünmüş və özündə çox xüsusiyyətləri ehtiva etmişdir: əməllər, etiqadlar və sözlər buna daxildir.
Həmçinin bildirir ki, imanın ən üstün və uca mərtəbəsi, lə iləhə illəllah kəlməsini söyləmək və bununla yanaşı mənasını bilərək və bu kəlmənin tələblərinə uyğun əməl edərək, həqiqtən Allahın tək ilah olduğunu, Ondan başqa ibadətə layiq heç bir məbudun olmadığını etiraf etməkdir.
İman baxımından əməllərin ən zəifi insanların yolundan, onlara əziyyət verən maneəni götürməkdir.
Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, həya imandandır, həya gözəl əməllər edib, çirkin işlərdən çəkinməyə təşviq edən əxlaqdır.