Gündəlik həyatda İslam

4 dərsdən 1-ci dərs

İslam gözəl əxlaq haqqında nə öyrədir?

Qurandan

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ ﴿٤﴾

Həqiqətən də, sən böyük əxlaq sahibisən!

Al-Qalam 68:4Quranda oxuyun

۞ إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ﴿٩٠﴾

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.

An-Nahl 16:90Quranda oxuyun

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقۡنَٰكُم مِّن ذَكَرٖ وَأُنثَىٰ وَجَعَلۡنَٰكُمۡ شُعُوبٗا وَقَبَآئِلَ لِتَعَارَفُوٓاْۚ إِنَّ أَكۡرَمَكُمۡ عِندَ ٱللَّهِ أَتۡقَىٰكُمۡۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٞ ﴿١٣﴾

Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.

Al-Hujurat 49:13Quranda oxuyun

Sünnədən

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir".

Əbu Davud, Ət-Tirmizi,Əhməd Həsən HadeethEnc.com
İzah

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, iman baxımından ən kamil insan - əxlaqı gözəl olandır, o bu əxlaqa üzündəki təbəssümlə, xeyir əməllər etməklə, ədəbli danışmaqla və heç kəsə əziyyət verməməklə nail olur.

Möminlərin xeyirlisi qadınlarına - həyat yoldaşına, qızlarına, bacılarına, yaxınlarında olan digər qadınlara qarşı qayğıkeş və diqqətli olanıdır. Çünki adıçəkilən qadınlar gözəl əxlaqa daha çox layiqdirlər.

Rəsulullahın (salləllahu aleyhi va səlləm) xidmətçisi olan Əbu Həmzə Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurmuşdur: "Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz".

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Səhih HadeethEnc.com
İzah

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq şəkildə bildirmişdir ki, hər bir müsəlman özü üçün sevdiyi itaətləri, dində və dünyada olan xeyir növlərini qardaşı üçün istəmədikcə, özü üçün sevmədiyi şeyi də onun üçün sevməyənə qədər onun imanı kamil olmaz. Buna görə də o, müsəlman qardaşının dinində bir nöqsan görərsə, onu düzəltməyə çalışar, onda xeyir görərsə onu xeyirə istiqamətləndirər və ona yardım edər, din və dünya işlərində ona nəsihət edər.

Bütün dərslər