وَجَآءَتۡ سَيَّارَةٞ فَأَرۡسَلُواْ وَارِدَهُمۡ فَأَدۡلَىٰ دَلۡوَهُۥۖ قَالَ يَٰبُشۡرَىٰ هَٰذَا غُلَٰمٞۚ وَأَسَرُّوهُ بِضَٰعَةٗۚ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَعۡمَلُونَ ١٩
Wajā'at sayyāratun fa arsalū wāridahum fa adlā dalwahū qāla yābushrā hādhā ghulāmun wa asarrūhu bidā'atan wallāhu 'alīmu bimā ya'malūn
(Nəhayət, quyunun yaxınlığına) bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, su qabını (quyuya) saldı və: “Müjdə! Burada bir oğlan uşağı var!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi.
Təfsir
Quyunun yaxınlığına yoldan keşən bir qafilə gəldi, onlar özlərinə su gətirmək üçün su dalınca birini göndərdilər. O, su qabını quyuya saldı və bu zaman Yusif ipdən yapışdı, suçu Yusifi gördüncə sevinərək: "Şad xəbər! Burada bir oğlan uşağı vardır!" – dedi. Suçu və qafilədə olan bəziləri sanki onu satılacaq bir əşya kimi göstərərək qafilədə olan bəzi insanlardan onun quyudan tapdıqlarını gizlin saxladılar. Allah isə onların Yusifi satmaq niyyətlərini və onun başına nə oyunlar açdıqlarını daha yaxşı bilirdi. Onların etdikləri əməllərdən Allaha heç bir şey gizli qalmaz.