Yusuf surəsi, ayə 20

12:20

وَشَرَوۡهُ بِثَمَنِۭ بَخۡسٖ دَرَٰهِمَ مَعۡدُودَةٖ وَكَانُواْ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ ٢٠

Washarawhu bithamani bakhsin darāhima ma'dūdatin wakānū fīhi minaz-zāhidīn

Onlar onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar, onu çox dəyərləndirmədilər.

Təfsir

Suçu və qafilə əhli onu dəyərsiz bir qiy­mətə – bir neçə dirhəmə sat­dı­lar. Onlar tez bir zamanda Yusifdən canlarını qurtarmaq üçün onu ucuz bir qiymətə verdilər. Onlar Yusifin zahiri görnüşündən onun qul olmadığını bilirdilər. Elə buna görə də özləri üçün işin sonun pis qurtaracağından qorxdular. Yusifin onlarla birgə çox qalmaması da Allahın ona olan rəhmətinin tamamlığından idi.