Yusuf surəsi, ayə 110

12:110

حَتَّىٰٓ إِذَا ٱسۡتَيۡـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓاْ أَنَّهُمۡ قَدۡ كُذِبُواْ جَآءَهُمۡ نَصۡرُنَا فَنُجِّيَ مَن نَّشَآءُۖ وَلَا يُرَدُّ بَأۡسُنَا عَنِ ٱلۡقَوۡمِ ٱلۡمُجۡرِمِينَ ١١٠

Hattā idhastay'asar-rusulu wazannū annahum qad kudhibū jā'ahum nasrunā fanujjiya man nashā'u walā yuraddu ba sunā 'anil-qawmil-mujrimīn

Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərnin yalançı sayıldıqlarını yəqin etdikdə, köməyimiz onlara yetişdi və dilədiyimiz kimsələr də (peyğəmbərlər və onlara iman gətirənlər) nicat tapdı. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz.

Təfsir

Qövmlərinə göndərdiyimiz peyğəmbərlərin düşmənlərinə möhlət verdik və onların azğınlıqlarını daha da artırmaq üçün onlara əzab verməyə tələsmədik. Beləki, onların həlakı gecikdəkdə, peyğəmbərləri onların həlak olacaqlarından ümüdlərini itir­dik­də, kafirlər də özlərinə göndərilən peyğəmbərlərin yalançılara vəd etdikləri əzabın və möminlərin xilas olmasını yalan olduğunu zənn etdiklərində, elçilərimizə yardımımız gəldi. Biz elçiləri və möminləri yalan sayanlara gələn əzabdan qurtardıq. Gü­nahkar bir qövmə əza­bı­mız gəldikdə isə bunu onlardan kimsə əsla dəf edə bilməz!