وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِم مِّنۡ أَهۡلِ ٱلۡقُرَىٰٓۗ أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۗ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞ لِّلَّذِينَ ٱتَّقَوۡاْۚ أَفَلَا تَعۡقِلُونَ ١٠٩
Wamā arsalnā min qablika illā rijālan nūhī ilayhim min ahlil-qurā afalam yasīrū fil-ardi fayanzurū kayfa kāna 'āqibatul-ladhīna min qablihim waladārul-ākhirati khayrul lilladhīnat-taqaw afalā ta'qilūn
(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən (peyğəmbər) göndərdik. Məgər (müşriklər) yer üzündə gəzib-dolaşıb, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Şübhəsiz ki, Axirət yurdu (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün daha xeyirlidir. Məgər anlamırsınız?!
Təfsir
Ey Peyğəmbər! Biz səndən əvvəl də mələklərdən deyil insanlardan olan neçə-neçə peyğəmbərlər göndərdik. Biz sənə vəhy etdiyimiz kimi onlarada vəhy etdik. Onlar heç də səhrada yaşanan bədəvi insanlardan deyildilər, əksinə, elə şəhərdə yaşayan insanlardan idilər. Buna rəğmən qövmü onları yalançı saydı. Biz də buna görə onları məhv etdik. Məgər səni yalançı sayan o kimsələr yer üzündə gəzib-dolaşıb özlərindən öncəkilərin peyğəmbərləri yalan saydıqlarına görə onların sonunun necə olduğunu görüb və bundan bir ibrət almırlar?! Əlbəttə, Axirət yurdunda olan nemətlər, dünya həyatında Allahdan qorxan təqva sahibləri üçün daha xeyirlidir. Məgər siz Allahın əmrlərini yerinə yetirib -bunun ən əzəmətlisi Uca Allaha iman gətirməkdir- qadağalarından çəkinərək -bunun ən böyükü Allaha şərik qoşmaqdır- Allahdan qorxmağın sizin üçün daha xeyirli olduğunu anlamırsınızmı?!