وَمَآ أَكۡثَرُ ٱلنَّاسِ وَلَوۡ حَرَصۡتَ بِمُؤۡمِنِينَ ١٠٣
Wamā aktharun-nāsi walaw harasta bimu'minīn
Sən nə qədər həris olsanda, insanların əksəriyyəti iman gətirən deyildir.
Təfsir
Ey Peyğəmbər! Sən insanların iman gətirmələri üçün nə qədər çalışsan da, yenə də onların çoxu Allaha iman gətirən deyildir. Sən Məkkə müşriklərinin haqq yoldan azmalarına görə özünü üzüb həlak etmə.