Yusuf surəsi, ayə 102

12:102

ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهِ إِلَيۡكَۖ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ أَجۡمَعُوٓاْ أَمۡرَهُمۡ وَهُمۡ يَمۡكُرُونَ ١٠٢

Dhālika min ambā'il-ghaybi nūhīhi ilayka wamā kunta ladayhim idh ajma'ū amrahum wahum yamkurūn

(Ey Peyğəmbər!) Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifə qarşı) hiylə qurub, əlbir iş gördükləri zaman sən onların yanında deyildin.

Təfsir

Ey Peyğəmbər! Biz Yusif və onun qardaşlarının bu hekayətini sənə vəhy yolu ilə bil­dir­dik. Halbuki sənin, onların bu hekayətləri barədə heç bir elmin yox idi. Həmçinin də, Yusifin qardaşları ona qarşı hiylə qurub, onu quyunun dibinə atdıqları zaman sən onların yanlarında deyildin. Lakin bunların sənə Biz vəhy edərək bildirdik.