وَمَا تَسۡـَٔلُهُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۚ إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ ١٠٤
Wamā tas'aluhum 'alayhi min ajrin in huwa illā dhikrul lil-'ālamīn
Sən ki bunun (İslama dəvətin) əvəzində onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.
Təfsir
Ey Peyğəmbər! Əgər onlar başa düşsəydilər, sənə iman gətirərdilər. Çünki sən Qurandan və dəvət etdiyin dindən dolayı onlardan heç bir qarşılıq tələb etmədin. Bu Quran bütün insanlar üçün ancaq bir öyüd-nəsihətdir.