Yunus surəsi, ayə 57

10:57

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَتۡكُم مَّوۡعِظَةٞ مِّن رَّبِّكُمۡ وَشِفَآءٞ لِّمَا فِي ٱلصُّدُورِ وَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ ٥٧

Yā'ayyuhan-nāsu qad jā'atkum maw'izatum mir rabbikum washifā'ul limā fis-sudūri wahudan warahmatul lil-mu'minīn

Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət olan (Quran) gəlmişdir.

Təfsir

Ey insanlar! Rəbbiniz­dən sizə bir Quran gəlmişdir. O, möminlər üçün bir öyüd-nəsihət, qəlblərdə ola­na şəkk-şübhəyə, nifaqa bir şəfa və onlara doğru yol göstərəndir. O kitabda möminlər üçün rəhmət və mənfəət vardır.