هُوَ يُحۡيِۦ وَيُمِيتُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٥٦
Huwa yuhyī wayumītu wa ilayhi turja'ūn
O dirildir və öldürür. Siz yalnız Ona qaytarılacaqsınız.
Təfsir
Uca Allah ölüləri dirildir, diriləri də öldürür. Siz qiyamət günü yalnız Onun hüzuruna qaytarılacaqsınız. Allah da etdiyiniz əməllərinizin əvəzini verəcəkdir.