قُلۡ بِفَضۡلِ ٱللَّهِ وَبِرَحۡمَتِهِۦ فَبِذَٰلِكَ فَلۡيَفۡرَحُواْ هُوَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ ٥٨
Qul bifadlillāhi wabirahmatihī fabidhālika falyafrahū huwa khayrum mimmā yajma'ūn
De: “(Bunlar) Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar (buna) sevinsinlər. Bu, onların yığdıqlarından daha xeyirlidir.
Təfsir
Ey Peyğımbər! İnsanlara de: "Sizə göndərilən bu Quran Allahın sizə olan lütfü və mərhəməti sayəsindədir!". Qoy onlar Allahın lütfünə və mərhəməti sayəsində özlərinə nazil edilən bu Qurana görə sevinsinlər. Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbi tərəfindən onlara gətirdiyi bu Quran, onların yığdıqları fani dünya malından qat-qat xeyirlidir.