لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ ٧
Laqad haqqal-qawlu 'alā aktharihim fahum lā yu'minūn
Artıq əksəriyyətinin iman gətirməyəcəyinə dair söz gerçəkləşdi.
Təfsir
Allahın əzabı onların əksəriyyətinə vacib oldu. Çünki Allahın nazil etdiyi haqq Peyğəmbərinin dili ilə onlara təbliğ edilərkən onlar ona iman gətirmədilər və öz küfrlərində qaldılar. Onlar nə Allaha, nə Onun rəsuluna iman gətirir, nə də onun gətirdiyi haqqın tələblərini yerinə yetirirlər.