لِتُنذِرَ قَوۡمٗا مَّآ أُنذِرَ ءَابَآؤُهُمۡ فَهُمۡ غَٰفِلُونَ ٦
Litundhira qawmam mā undhira ābā'uhum fahum ghāfilūn
ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir qövmü xəbərdar edəsən.
Təfsir
Quranı sənə nazil etdik ki, özlərinə qorxudan peyğəmbər gəlməmiş, özləri də imandan və tovhiddən qafil olan bir qövmü - ərəbləri qorxudub xəbərdar edəsən. Xəbərdar edib qorxudan peyğəmbəri olmayan hər bir ümmətin halı da belədir, onların özlərini xəbərdar edib peyğəmbərə ehtiyacı vardır.