Yasin surəsi, ayə 49

36:49

مَا يَنظُرُونَ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ تَأۡخُذُهُمۡ وَهُمۡ يَخِصِّمُونَ ٤٩

Mā yanzurūna illā sayhatan wāhidatan ta'khudhuhum wahum yakhissimūn

Onlar, bir-birləri ilə höcətləşərkən (dünya işləri ilə məşğul olarkən) özlərini yaxalayacaq bir tükürpədici səsi (sura birinci dəfə üfürülməsini) gözləyirlər.

Təfsir

Dirilməni yalan sayan və onun inanılmaz bir şey olduğunu iddia edən o kafirlər, sadəcə olaraq alış-veriş, suvarma, otarma və s. bu kimi dünya işləri ilə məşğul olduqları halda, özlə­rini haqla­yacaq bir tük­ür­pə­dici səsi - sura üfürüləcək ilk səsi gözləyirlər.