Yasin surəsi, ayə 48

36:48

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٤٨

Wayaqūlūna matā hādhal-wa'du in kuntum sādiqīn

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.

Təfsir

Dirilməni inkar edən, onu yalan sayan və onun inanılmaz bir şey olduğunu iddia edən kafirlər deyirlər: "Ey möminlər, əgər bu dirilmənin olacağı barədə iddianız doğrudursa, onda (bir deyin görək,) bu dirilmə nə zaman olacaq?!"