Yasin surəsi, ayə 37

36:37

وَءَايَةٞ لَّهُمُ ٱلَّيۡلُ نَسۡلَخُ مِنۡهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظۡلِمُونَ ٣٧

Wa āyatul lahumul-laylu naslakhu minhun-nahāra fa idhā hum muzlimūn

Gecə də, onlar üçün (Allahın qüdrətinə dəlalət edən) bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.

Təfsir

Gündüzü gecədən ayırdığımız zaman, onun işığını aparıb, ardından gecənin zülmətini gətirməyimiz, insanlar üçün Allahın vəhdaniyyətniə dəlalət edən bir dəlildir. Biz gündüzün ardından zülməti gətirən kimi insanlar zül­mət içində qalırlar.