وَٱلشَّمۡسُ تَجۡرِي لِمُسۡتَقَرّٖ لَّهَاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ٣٨
Wash-shamsu tajrī limustaqarril lahā dhālika taqdīrul-'azīzil-'alīm
Günəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər. Bu, Qüdrətli, (hər şeyi) Bilən Allahın əzəli hökmüdür.
Təfsir
Günəş də, Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. O günəş ki, Allahın onun üçün müəyyən etdiyi yerdə seyr edir və (bu həddi) keçmir. Bu təqdir, yenilməz qüdrət sahibinin və yaratdıqları barədə hər şeyi bilən Allahın təqdiridir.