سُبۡحَٰنَ ٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ وَمِنۡ أَنفُسِهِمۡ وَمِمَّا لَا يَعۡلَمُونَ ٣٦
Subhānal-ladhī khalaqal-azwāja kullahā mimmā tumbitul-ardu wamin anfusihim wamimmā lā ya'lamūn
Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.
Təfsir
Bitkilərdən və ağaclardan, habelə, insanların həm özlərindən, kişi və qadın olmaqla, həm də onların bilmədikləri, Allahın yerdə və dənizdə yaratdığı digər məxluqlardan cütlər yaradan Allah müqəddəsdir və ucadır.