فَأۡتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَلَا تُعَذِّبۡهُمۡۖ قَدۡ جِئۡنَٰكَ بِـَٔايَةٖ مِّن رَّبِّكَۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلۡهُدَىٰٓ ٤٧
Fa tiyāhu faqūlā innā rasūlā rabbika fa arsil ma'anā banī isrā'īla walā tu'addhibhum qad ji'nāka bi'āyatim mir rabbika was-salāmu 'alā manit-taba'al-hudā
Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!
Təfsir
Hər ikiniz də Fironun yanına gedib ona belə deyin: "Ey Firon! Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər. Onların oğlan uşaqlarını öldürüb və qadınlarını sağ buraxmaqla, onlara əzab-əziyyət vermə. Biz sənə Rəbbindən bizim doğruluğumuza dəlalət edən açıq-aydın dəlil dətirmişik. Allahın əzabından ancaq iman edənlər və Onun doğru yollunu tutub gedənlər əmin-aman ola bilərlər!