قَالَ لَا تَخَافَآۖ إِنَّنِي مَعَكُمَآ أَسۡمَعُ وَأَرَىٰ ٤٦
Qāla lā takhāfā innanī ma'akumā asma'u wa arā
(Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!
Təfsir
Uca Allah onlara belə buyurdu: "Qorxmayın, şübhəsiz ki, Mən Öz yardımım və dəstəyim ilə sizinlə birgəyəm, sizin ilə onun arasında nə baş verdiyini eşidib, görürəm!"