Qaf surəsi, ayə 41

50:41

وَٱسۡتَمِعۡ يَوۡمَ يُنَادِ ٱلۡمُنَادِ مِن مَّكَانٖ قَرِيبٖ ٤١

Wastami' yawma yunādil-munādi mim makānin qarīb

(Ey Peyğəmbər!) Dinlə. O gün carçı (sura ikinci dəfə üfürən mələk, məxluqata) yaxın bir yerdən çağıracaqdır.

Təfsir

Ey Peyğəmbər! O gün sura üfürməyə müvəkkəl edilmiş mələyin yaxın bir yerdən ikinci kərə sura üfürəcəyini dinlə.