Qaf surəsi, ayə 42

50:42

يَوۡمَ يَسۡمَعُونَ ٱلصَّيۡحَةَ بِٱلۡحَقِّۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُرُوجِ ٤٢

Yawma yasma'ūnas-sayhata bil-haqqi dhālika yawmul-khurūj

O gün (bütün məxluqat) bu səsi gerçəkdən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxma günüdür.

Təfsir

O gün məxluqat, heç bir şübhə olmayan dirilmə çağırışını gerçəkdən eşidəcək. Onların bu çağırışı eşidəcəkləri o gün, ölülərin haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün öz qəbirlərdən çıx­ma günü­dür.