Nuh surəsi, ayə 24

71:24

وَقَدۡ أَضَلُّواْ كَثِيرٗاۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلٗا ٢٤

Waqad adallū kathīran walā tazidiz-zālimīna illā dalālā

Onlar çoxlarını azdırdılar. (Ey Rəbbim!) Sən də zalımların azğınlığını artır”.

Təfsir

Artıq onlar bu bütlər sayəsində insanların çoxunu azdırmışlar. Ey Rəbbim! Sən də, küfr və asilik etməkdə israrlı olub özlərinə zülm etmiş kimsələrə azğınlıqdan başqa bir şey artırma".