Nuh surəsi, ayə 14

71:14

وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا ١٤

Waqad khalaqakum atwārā

Axı O sizi mərhələlərlə (əvvəl nütfədən, sonra laxtalanmış qandan, sonra bir parça ətdən və sonda isə insan şəklində) yaratdı.

Təfsir

O sizi əvvəlcə nütfə, sonra qan laxtası, sonra da ət parçası etməklə mərhələlərlə yaratdı.