مَّا خَلۡقُكُمۡ وَلَا بَعۡثُكُمۡ إِلَّا كَنَفۡسٖ وَٰحِدَةٍۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٌ ٢٨
Mmā khalqukum walā ba'thukum illā kanafsin wāhidatin innallāha samī'u basīr
Sizi yaratmaq və diriltmək ancaq bir insanı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.
Təfsir
Ey insanlar! Sizi yaratmaq, habelə, Qiyamət günü haqq-hesaba çəkmək və əməllərinizin əvəzini vermək, sadəcə bir adamı yaratmaq və diriltmək kimi asandır. Həqiqətən, Allah Eşidəndir və bir səsi eşitmək, Ona digər səsi eşitməyə mane ola bilməz. Habelə, Görəndir və bir şeyi görmək, Ona digər bir şeyi görməyə mane ola bilməz. Eləcə də bir canlını yaratmaq və diriltmək, Ona digər birini yaratmağa və diriltməyə mane ola bilməz.