وَلَوۡ أَنَّمَا فِي ٱلۡأَرۡضِ مِن شَجَرَةٍ أَقۡلَٰمٞ وَٱلۡبَحۡرُ يَمُدُّهُۥ مِنۢ بَعۡدِهِۦ سَبۡعَةُ أَبۡحُرٖ مَّا نَفِدَتۡ كَلِمَٰتُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ٢٧
Walaw annamā fil-ardi min shajaratin aqlāmun wal-bahru yamudduhū mim ba'dihī sab'atu abhurim mā nafidat kalimātullāhi innallāha 'azīzun hakīm
Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrət və Hikmət sahibidir.
Təfsir
Əgər yer üzündəki bütün ağaclar doğranıb qələm edilsəydi, dəniz də mürəkkəb olsaydı və ardından da ona yeddi dəniz qatılsaydı, bu mürəkkəb bitsədə, Allahın kəlmələri bitməzdi. Həqiqətən, Allah yenilməz qüdrət sahibidir, habelə, yaratmaq və idarə etmək xüsusunda Hikmət sahibidir.