Luqman surəsi, ayə 29

31:29

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِيٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى وَأَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ٢٩

Alam tara annallāha yūlijul-layla fin-nahāri wayūlijun-nahāra fil-layli wasakkharash-shamsa wal-qamara kullun yajrī ilā ajalim musamman wa annallāha bimā ta'malūna khabīr

Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı (mənfəətiniz üçün) ram etdiyini, üstəlik Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi?

Təfsir

Məgər Allahın gecəni qısaldıb gündüzü uzatdığını, gündüzü də qısaldıb gecəni uzatdığını, müəy­yən olunmuş vaxtadək öz yolu ilə hərəkət edən günəşi və ayı qoy­du­ğu qanunlarına tabe etdi­yi­ni, üstəlik, Allahın nə etdiklə­rinizdən xə­­bərdar oldu­ğu­nu görmür­sənmi?! Sizin əməllərinizdən heç biri Ondan gizli qalmayacaq və O, sizə əməllərinizin əvəzini verəcəkdir.