وَلَنَبۡلُوَنَّكُم بِشَيۡءٖ مِّنَ ٱلۡخَوۡفِ وَٱلۡجُوعِ وَنَقۡصٖ مِّنَ ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَنفُسِ وَٱلثَّمَرَٰتِۗ وَبَشِّرِ ٱلصَّٰبِرِينَ ١٥٥
Walanabluwannakum bishay'im minal-khawfi wal-jū'i wanaqsim minal-amwāli wal-anfusi wath-thamarāti wabasshiris-sābirīn
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənləri müjdələ.
Təfsir
Biz sizi düşmənlərdən bir az qorxu, qıtlıqı səbəbi ilə bir az aclıq, bir az malının əldən çıxması yaxud çətinliklə mal əldə etmək, insanları məhv edən bəlalar səbəbi ilə insanların ölməsi yaxud da Allah yolunda şəhid olması və yerin bitirdiyi meyvələrin azalması ilə imtahan edəcəyik. Ey Peyğəmbər! Bu müsibətlərə səbir edənlərə, dünya da və axirət də onları sevindirəcək şeylərlə müjdə ver.