ٱلَّذِينَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةٞ قَالُوٓاْ إِنَّا لِلَّهِ وَإِنَّآ إِلَيۡهِ رَٰجِعُونَ ١٥٦
Alladhīna idhā asābathum musībatun qālū innā lillāhi wa innā ilayhi rāji'ūn
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və biz yalnız Ona qayıdacağıq!”– deyirlər.
Təfsir
O kəslər ki, başlarına bu müsibətlərdən hər hansı bir müsibət gəldiyi zaman, Allahın yazdığı qədərə razı qalıb, təslim olaraq deyirlər: "Biz Allahın mülküyük və O, bizi necə istəyirsə elədə idarə edir. Biz qiyamət günü Ona tərəf qayıdacağıq. Bizi yaradan və bizə müxtəlif nemətlər bəxş edən də odur. O, bizim qayıdış yerimizdir və işlərimizin sonu da Ona aiddir!"