وَلَقَدۡ جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجۡلٍ حَنِيذٖ ٦٩
Walaqad jā'at rusulunā ibrāhīma bil-bushrā qālū salāman qāla salāmun famā labitha an jā'a bi'ijlin hanīdh
Elçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Salam!”– dedi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi.
Təfsir
Mələklər insan qiyafəsində İbrahimə - aleyhissəlam - gələrək, ona və zövcəsinə İshaqın sonrada Yəqubun doğulacağı barədə müjdə verdilər. Mələklər İbrahimə: "Salam!" – dedilər. İbrahimdə buna qarşılıq olaraq onlara: "Salam!" – dedi və İbrahim onların insan övladından olduqlarını zənn edib, onların yemək yemələri üçün dərhal gedib onlara qızardılmış bir buzov gətirdi.