وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَٱخۡتُلِفَ فِيهِۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ١١٠
Walaqad ātaynā mūsal-kitāba fakhtulifa fīhi walawlā kalimatun sabaqat mir rabbika laqudiya baynahum wa innahum lafī shakkim minhu murīb
Biz Musaya Kitab (Tövrat) verdik, lakin onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbin tərəfindən əzəldən yazılmış bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar (Quran) barəsində də şəkk-şübhə içindədirlər.
Təfsir
Biz Musaya da Tövrat verdik, lakin insanlar onun barəsində ixtilaf etdilər. İnsanların bir qismi ona iman etdi, diğər bir qismi isə onu inkar etdi. Əgər Allahın onlara bu dünyada əzabı tezləşdirməyəcək, əksinə, onların əzablarını müəyyən bir hikmətə görə Qiyamət gününə saxlayacağına dair əvvəlcədən onlar arasında verdiyi hökm olmasaydı, elə bu dünyada onlara layiq olduqları əzab nazil olardı. Həqiqətən, yəhudilərdən və müşriklərdən olan kafirlər, Quran barəsində anlaşılmaz şübhə içindədirlər.