فَلَا تَكُ فِي مِرۡيَةٖ مِّمَّا يَعۡبُدُ هَٰٓؤُلَآءِۚ مَا يَعۡبُدُونَ إِلَّا كَمَا يَعۡبُدُ ءَابَآؤُهُم مِّن قَبۡلُۚ وَإِنَّا لَمُوَفُّوهُمۡ نَصِيبَهُمۡ غَيۡرَ مَنقُوصٖ ١٠٩
Falā taku fī miryatim mimmā ya'budu hā'ulā'i mā ya'budūna illā kamā ya'budu ābā'uhum min qablu wa innā lamuwaffūhum nasībahum ghayra manqūs
Onların ibadət etdikləri (bütlərin) batil olmasına şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi (kor-koranə) ibadət edirlər. Şübhəsiz ki, Biz onların nəsibini əskiltmədən tam verəcəyik.
Təfsir
Ey Peyğəmbər! O müşriklərin ibadət etdikləri bütlərin batil olması barədə heç bir şübhən olmasın. Onların bu bütlərə tapınmaqlarının doğruluğuna dair nə əqlı, nə də ki, şəri bir dəlilləri vardır. Onları bu bütlərə ibadət etməyə sövq edən şey, atalarının əvvəllər onlara ibadət etmələridir. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam şəkildə verəcəyik.