Fussilat surəsi, ayə 17

41:17

وَأَمَّا ثَمُودُ فَهَدَيۡنَٰهُمۡ فَٱسۡتَحَبُّواْ ٱلۡعَمَىٰ عَلَى ٱلۡهُدَىٰ فَأَخَذَتۡهُمۡ صَٰعِقَةُ ٱلۡعَذَابِ ٱلۡهُونِ بِمَا كَانُواْ يَكۡسِبُونَ ١٧

Wa ammā thamūdu fahadaynāhum fastahabbul-'amā 'alal-hudā fa akhadhathum sā'iqatul-'adhābil-hūni bimā kānū yaksibūn

Səmud (qövmünə) gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular. Odur ki, onları qazandıqları (günahlar) üzündən alçaldıcı əzab ildırımı yaxaladı.

Təfsir

Salehin qövmü Səmuda gəldikdə isə, Biz on­lara haqq yolu bəyan etməklə onları doğru yola yönəltdik, onlar isə zəlalətə düşməyi doğru yola yönəlməkdən üstün tutdular. Beləliklə, etdikləri küfr və asiliklər üzün­dən onları alçaldıcı əzab ildırımı yaxaladı.