Fussilat surəsi, ayə 18

41:18

وَنَجَّيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ١٨

Wanajjaynal-ladhīna āmanū wakānū yattaqūn

İman gətirib (Allahdan) qorxanları isə xilas etdik.

Təfsir

Allaha və Onun peyğəmbərlərinə iman gətirənləri və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxanları isə, onların qövmünə üz vermiş əzabdan xilas etdik.