Fatir surəsi, ayə 40

35:40

قُلۡ أَرَءَيۡتُمۡ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِ أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا فَهُمۡ عَلَىٰ بَيِّنَتٖ مِّنۡهُۚ بَلۡ إِن يَعِدُ ٱلظَّٰلِمُونَ بَعۡضُهُم بَعۡضًا إِلَّا غُرُورًا ٤٠

Qul ara'aytum shurakā'akumul-ladhīna tad'ūna min dūnillāhi arūnī mādhā khalaqū minal-ardi am lahum shirkun fis-samāwāti am ātaynāhum kitāban fahum 'alā bayyinatim minhu bal in ya'iduz-zālimūna ba'duhum ba'dan illā ghurūrā

De: “Allahdan başqa dua etdikləriniz şəriklərin yer üzündə nəyi yaratdıqlarını mənə bir göstərin görüm. Yoxsa onların göylərin yaradılmasında şərikliyi vardır? Yaxud onlara bir kitab vermişik, onlar da oradakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər.

Təfsir

Ey Peyğəmbər, o müşriklərə de: “Mənə bir deyin görüm, Allahdan başqa ibadət etdiyiniz şəriklər yer üzündə nəyi yaradıblar? Dağları onlarmı yaradıblar? Bəlkə çayları onlar yaradıblar? Yaxud heyvanları onlar yaradıblar? Yoxsa onların göy­lərin yaradılmasında Allahla bir şərik­liyi var? Ya­xud on­lara elə bir ki­tab vermişik ki, içində onların şəriklərinə ibadət etmələrinin doğru olduğunu isbat edən dəlil vardır? Bu deyilənlərdən heç birinin onlara aidiyyatı yoxdur. Əksinə, küfr və asiliklər etməklə özlərinə zülm etdən kimsələr bir-birilərinə ancaq yalan vəd ve­rirlər.