Fatir surəsi, ayə 39

35:39

هُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَٰٓئِفَ فِي ٱلۡأَرۡضِۚ فَمَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ عِندَ رَبِّهِمۡ إِلَّا مَقۡتٗاۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ إِلَّا خَسَارٗا ٣٩

Huwal-ladhī ja'alakum khalā'ifa fil-ardi faman kafara fa'alayhi kufruhū walā yazīdul-kāfirīna kufruhum 'inda rabbihim illā maqtan walā yazīdul-kāfirīna kufruhum illā khasārā

Sizi yer üzündə xələflər edən Odur. Kim küfr edərsə küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz.

Təfsir

Ey insanlar, yer üzündə sizin nə əməllər edəcəyinizi sınamaq üçün bəzilərinizi digərlərinizin xələflər edən Odur. Kim Allaha və Onun peyğəmbərlərinin gətrdikləri haqqa küfr edərsə, onun küfrünün günahı və onun cəzası öz əley­hi­nə olar, onun küfrü Rəbbinə heç bir zərər yetirməz. Kafirlərin küfrü onların pak və müqəddəs Rəbbi yanında ancaq onlara olan qə­zə­bi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz. Belə ki, onlar iman gətirəcəkləri təqdirdə Allahın Cənnətdə möminlər üçün hazırladığı nemətləri itirdiklərinə görə ziyayana uğramışlar.