۞ إِنَّ ٱللَّهَ يُمۡسِكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ أَن تَزُولَاۚ وَلَئِن زَالَتَآ إِنۡ أَمۡسَكَهُمَا مِنۡ أَحَدٖ مِّنۢ بَعۡدِهِۦٓۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا ٤١
Innallāha yumsikus-samāwāti wal-arda an tazūlā wala'in zālatā in amsakahumā min ahadim mim ba'dihī innahū kāna halīman ghafūrā
Həqiqətən, Allah göyləri və yeri zaval olmasınlar deyə, tutub saxlayır. Əgər zaval olsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, həlimdir, bağışlayandır.
Təfsir
Həqiqətən, pak və müqəddəs Allah göyləri və yeri öz mehvərindən çıxmasınlar deyə, tutub saxlayır. Onlar öz mehvərindən çıxacaqları təqdirdə, Allahdan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, həlimdir, günahkar kimsəni dərhal cəzalandırmaz, üstəlik, Öz qullarından Ona tövbə edən kimsənin günahlarını bağışlayar.